Aİ-dən Rusiyaya 20-ci zərbə: Yeni sanksiyalar paketi yolda – ÖZƏL

Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bu çərşənbə günü Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərinə təqdim etməyə hazırlaşır. 

Olaylar.az xəbər verir ki, "Euractiv" portalının diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, yeni məhdudiyyətlərin əsas hədəfi Rusiyanın iqtisadi gəlirlərini daha da azaltmaqdır.

Sanksiyalarda nələr var?

Yeni paketdə Rusiyanın xarici ticarət dövriyyəsinə ciddi təsir edəcək bir neçə mühüm bəndin yer alacağı gözlənilir. Rusiya neftini daşıyan gəmilərin dəniz xidmətlərindən istifadəsinə tam qadağa qoyulması; Rusiya mənşəli platin, mis, iridium və rodiumun alışına qoyulan embarqo; Rusiya gübrələrinin idxalına və Rusiyaya lüks əşyaların ixracına tətbiq edilən daha sərt məhdudiyyətlər.

Baxmayaraq ki, "Politico" nəşri sanksiyaların hazırlanmasında müəyyən gecikmələrin olduğunu bildirmişdi, Avropa Komissiyası bu paketi 24 fevral 2026-cı il tarixinədək təsdiqləməyi planlaşdırır. Hazırda sanksiyaların məzmunu ilə bağlı rəsmi şərhlər verilməsə də, diplomatlar müzakirələrin həlledici mərhələdə olduğunu vurğulayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31