Bu ölkədə zəlzələ oldu

Papua Yeni Qvineyanın şimal-şərqindəki dağlarda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri ölkənin ikinci ən böyük şəhəri olan Laedən 80 km şimal-şərqdə yerləşən Morobe əyalətində olub. Yeraltı təkanların ocağı 74 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31