Tatoyandan növbəti təxribat xarakterli kampaniya: ABŞ və Avropada anti-Azərbaycan tezisləri – ÖZƏL

"Birliyin Qanadları" siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan Avropa və ABŞ-yə işgüzar səfərə çıxıb.

Olaylar.az xəbər verir ki, Arman Tatoyan öz "Facebook" səhifəsində səfərin məqsədləri və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensə ünvanladığı məktubun detalları barədə məlumat paylaşıb. O, aşağıdakı məqamları xüsusi vurğulayıb: Guya Azərbaycanın Ermənistana qarşı törətdiyi cinayətlər, işğal olunmuş ərazilər; Doğma yurdlarından didərgin düşmüş insanların taleyi; Vətənə qaytarılması zəruri olan şəxslərin statusu.

"Ermənistan hakimiyyəti mövcud problemləri hər vəclə gizlətməyə və sanki problem yoxmuş kimi davranmağa çalışdığı bir vaxtda, beynəlxalq ictimaiyyətin məlumatlandırılması bizim üçün olduqca vacibdir. Ömrünü insan hüquqlarının müdafiəsinə həsr etmiş bir şəxs kimi mən susa bilmərəm və susmayacağam," - deyə Tatoyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31