Trampın xüsusi elçisi Ukrayna ilə bağlı üçtərəfli danışıqlar üçün Əbu-Dabiyə çatıb
12:58 DünyaABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ, Ukrayna nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqların ikinci raundunda iştirak etmək üçün Əbu-Dabiyə səfər edib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bir müddət əvvəl xüsusi elçini daşıyan təyyarə BƏƏ-də hava limanına eniş edib.
Qeyd edək ki, 4-5 fevral tarixlərində BƏƏ paytaxtında Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31