Qazaxıstanda Konstitusiya dəyişikliyinə dair referendum bu il keçiriləcək

Yanvarın 31-də Qazaxıstanda ictimai müzakirəyə çıxarılan yeni Konstitusiya layihəsi üzrə referendum 2026-cı ildə keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin deputatı və Konstitusiya Komissiyasının üzvü Aydos Sarım bildirib.

"Düşünürəm ki, bu, 2026-cı il olacaq. Yaxın zamanda prezidentin fərmanının olacağını düşünürəm", - o qeyd edib.

Yeni Konstitusiya layihəsində mövcud əsas qanunla müqayisədə bir sıra yeniliklər nəzərdə tutulur. Bunlara, xüsusilə, ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid, dövlət başçısı tərəfindən deputatlarla razılaşdırılmaqla təyin olunacaq vitse-prezident vəzifəsinin təsis edilməsi, həmçinin məsləhətçi-müşavirə orqanlarında islahat daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31