Gürcüstan: “OBSE gəlsin, istədiyini araşdırsın – gizlədəcəyimiz heç nə yoxdur” – ÖZƏL
10:09 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentində çıxış edən parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib ki, ölkədə insan hüquqları bir çox Moskva mexanizmini işə salan dövlətlərdən daha yaxşı qorunur. Onun sözlərinə görə, Gürcüstanın gizlədəcəyi heç nə yoxdur və OBSE nümayəndələri ölkəyə gələrək istədikləri mövzunu, istədikləri müddət ərzində araşdıra bilərlər.
Kirtsxaliya İsveçin və daha 23 ölkənin Gürcüstanda guya insan hüquqlarının pozulması ilə bağlı Moskva mexanizmini dəstəkləməsini daxili işlərə müdaxilə kimi qiymətləndirib. O, bəzi beynəlxalq institutların siyasi təzyiq alətinə çevrildiyini bildirib. Parlament çoxluğunun lideri həmçinin İsveçdə bir gənclər təşkilatının Gürcüstandakı bütün etirazçılara, o cümlədən zorakı radikallara mükafat verməsini qərəzli və dostluğa zidd addım adlandırıb.
Kirtsxaliya vurğulayıb ki, Gürcüstanda baş verən proseslər ölkənin suverenliyi və qanunun aliliyinin təzahürüdür, lakin rəsmi Tbilisinin İsveçdə gedən proseslərlə bağlı narahatlıq üçün daha çox əsası var.