İran və Böyük Britaniya XİN rəhbərləri nüvə proqramını müzakirə ediblər- ÖZƏL

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, tərəflər söhbət zamanı İran-Böyük Britaniya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri, konsulluq məsələləri və İranın nüvə proqramı ətrafında mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığında qarşılıqlı maraq doğuran məsələlərin həlli və münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə müxtəlif səviyyələrdə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Seyid Abbas Əraqçi İranın nüvə proqramı ilə bağlı üç Avropa ölkəsinin məsuliyyətsiz yanaşmasını tənqid edərək bildirib ki, İran xalqının qanuni hüquq və maraqlarına hörmət əsasında aparılan danışıqlardan heç vaxt imtina etməyib. O, eyni zamanda, birtərəfli diktə xarakteri daşıyan danışıqların İran üçün qəbuledilməz olduğunu vurğulayıb.
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper isə ölkəsinin İranın nüvə problemi ilə bağlı mövqeyini bir daha təsdiqləyərək, məsələnin həllində diplomatiyanın əsas vasitə olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31