Arman Tatoyan Fransa səfiri ilə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib- ÖZƏL

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini "Birlik qanadları" siyasi təşəbbüsünün lideri Arman Tatoyanla görüş keçirib. Olaylar.az xəbər verir ki, Fransa səfirliyinin yaydığı məlumata görə, görüş zamanı tərəflər Ermənistandakı mövcud siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, səfir Olivye Dekotini və Arman Tatoyan ölkədə gedən siyasi proseslər barədə qarşılıqlı mövqelərini bölüşüblər.
Görüşün detalları ilə bağlı əlavə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31