Rusiya Yaponiyada nüvə silahı ilə bağlı müzakirələrə mənfi yanaşır- ÖZƏL
11:33 DünyaRusiya Yaponiyanın nüvə silahı əldə etməsi ehtimalı ilə bağlı aparılan müzakirələrə mənfi münasibət bəsləyir. Moskvanın fikrincə, Tokionun hərbiləşdirilməsi Şimal-Şərqi Asiyada vəziyyəti daha da gərginləşdirəcək. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Rusiya Yaponiyada konstitusiyanın ölkənin qeyri-nüvə prinsiplərinə aid müddəalarının dəyişdirilməsi ilə bağlı aparılan müzakirələrdən xəbərdardır. "Bizim mövqeyimiz birmənalı olaraq mənfidir. Hesab edirik ki, Yaponiyanın hərbiləşdirilməsi Şimal-Şərqi Asiyada vəziyyəti yalnız daha da ağırlaşdıracaq və bu, təbii ki, bu hərbiləşmədən təhdid görən ölkələrin müvafiq əks-tədbirlərinə səbəb olacaq", - deyə Rudenko vurğulayıb.