ABŞ-ın Suriyada İŞİD-ə qarşı hava zərbələri dayandırılıb

Amerika hərbi təyyarələri son bir neçə saat ərzində Suriyanın şimalındakı İslam Dövləti (İŞİD) mövqelərinə ikinci hava hücumu həyata keçirib.

Olaylar.az xəbər verir ki, məlumatı "Əl-Hədət" televiziyası yayıb. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şimalında yerləşən "İŞİD-in sığınacaqlarına və qərargahlarına yeni hücum dalğası həyata keçirib". Əsas zərbələrin Deyr əz-Zor əyalətindəki İŞİD mövqelərinə yönəldiyi bildirilir.

Bundan əlavə, "Əl-Hədət"in məlumatına görə, ABŞ təyyarələri Homs və Rakka əyalətlərinin kənd yerlərindəki terrorçu bazalarına, eləcə də Palmira tarixi-memarlıq kompleksinin kənarında yerləşən Tadmor şəhəri yaxınlığına hava hücumları həyata keçirib. Məhz bu ərazidə 13 dekabrda iki ABŞ Milli Qvardiyası əsgəri və bir amerikalı tərcüməçi öldürülüb.

Kanalın məlumatına görə, İŞİD-ə qarşı gecə əməliyyatı başlamazdan əvvəl ABŞ ordusu Suriyanın şimal əyalətlərində ən azı 50 İŞİD hədəfini müəyyən edib. Əvvəllər müəyyən edilmiş bütün terrorçu mövqelərinin vurulub-vurulmadığı barədə hələlik məlumat yoxdur.

Suriyanın şimalında bombardmanlar hazırda dayandırılıb, lakin ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri ərazidə patrul xidməti davam etdirir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31