İran İsrailə casusluq etməkdə ittiham olunan şəxsi edam edib- ÖZƏL
10:57 Dünyaİran hakimiyyəti İsrailin xeyrinə casusluqda ittiham olunan Aqil Keşavarz barəsində çıxarılmış ölüm hökmünü icra edib. Olaylar.az xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ölkənin Ali Məhkəməsi Keşavarz haqqında çıxarılmış edam hökmünü qüvvədə saxladıqdan sonra cəza icra olunub. İstintaq materiallarında onun İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi, eləcə də İran ərazisində yerləşən hərbi və təhlükəsizlik obyektlərini izlədiyi və videogörüntülər çəkdiyi bildirilir.
Məhkəmə sənədlərində qeyd olunur ki, Aqil Keşavarz İsrailin kəşfiyyat və təhlükəsizlik qurumları ilə kiber məkan vasitəsilə əlaqə yaradıb. O, əməkdaşlıq dövründə İsrail ordusunun strukturları və "Mossad" kəşfiyyat xidməti ilə ayrı-ayrı təmaslar saxlayıb.
İran tərəfi Keşavarzın fəaliyyətini ölkənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.