ABŞ-də sərnişin qatarları toqquşub - Xeyli yaralı var

ABŞ-nin Nyu-Cersi ştatında iki sərnişin qatarı toqquşub. Nəticədə qatarlardan biri qismən relslərdən çıxıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Montkler-Buntun xəttində (Montkler şəhəri yaxınlığında) baş verib.

Qəza nəticəsində 17 nəfər yaralanıb. Bununla belə xəsarət alanaların həyatı üçün təhlükə olmadığı təsdiqlənib.

Nyu Cersi ştatının nəqliyyat polisi hadisənin baş vermə şəraitini araşdırır. Qəzanın səbəbləri hələ ki müəyyən edilməyib.

Montkler-Buntun xətti üzrə qatarların hərəkəti "Montclair Heights" və "Bay Street" stansiyaları arasındakı hissədə hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31