Hindistan Xarici İşlər Nazirliyi Ukraynada Rusiya tərəfində döyüşən vətəndaşlarının sayını açıqlayıb- ÖZƏL 

Hindistanın Xarici İşlər Nazirliyi Ukraynada Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşmüş Hindistan vətəndaşları ilə bağlı rəsmi statistikanı açıqlayıb. Məlumata görə, bu günədək 26 hindistanlı həlak olub, 7 nəfər isə Rusiya tərəfi tərəfindən itkin düşmüş hesab edilir.
Olaylar.az xəbər verir ki, məlumat parlamentin yuxarı palatası Rajya Sabhaya təqdim olunan yazılı cavabda yer alıb. Dövlət naziri Kirti Vardhan Sinqhin bildirdiyinə görə, mövcud məlumatlara əsasən, 202 Hindistan vətəndaşı ehtimal ki, Rusiya Silahlı Qüvvələrinə cəlb olunub. Hökumətin koordinasiyalı səyləri nəticəsində onlardan 119 nəfər vaxtından əvvəl ordudan azad edilib.
Nazirin sözlərinə görə, hazırda daha 50 Hindistan vətəndaşının tezliklə azad olunması üçün işlər davam etdirilir. Xarici İşlər Nazirliyi həlak olmuş 10 Hindistan vətəndaşının nəşinin ölkəyə repatriasiyasına, iki nəfərin isə yerində kremasiyasına yardım göstərib.
Bundan əlavə, həlak olmuş və ya itkin düşmüş elan edilən 18 hindistanlının ailə üzvlərindən götürülmüş DNT nümunələri şəxsiyyətlərin dəqiqləşdirilməsi məqsədilə Rusiya tərəfinə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31