Rusiya məhkəməsi azərbaycanlıların həbs müddətini uzatdı
09:28 DünyaYekaterinburqda məhkəmə qətllər törətməkdə təqsirləndirilən Azərbaycan diasporunun 3 üzvün barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb.
"Yeni Sabah" xəbər verir ki, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin "z" və "g" bəndləri ilə ittiham olunurlar.
Üçlüyün həbs müddəti 29 mart 2026-cı il tarixinədək uzadılıb. Məhkəmənin hökmü hələ də qanuni qüvvəyə minməyib. Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidməti xəbər verir ki, tərəflərin ondan apellyasiya şikayəti vermək üçün üç günü var.
Xatırladaq ki, avqustun 2-də "Ural-Azərbaycan" diaspor təşkilatının rəhbəri Şahin Şıxlinski də Rusiya Cinayət Məcəlləsinin 2 maddəsi ilə həbs edilib və ona qarşı ittiham irəli sürülüb. Onun oğlu Mutvalı Şıxlinski əvvəllər "Risqvardiya" zabitinə hücum etdiyi üçün həbs edilib.