Rusiyada pansionatda 30 nəfər zəhərlənib, ölən var
09:26 DünyaMoskva vilayətinin Leninski dairəsində yerləşən pansionatda 30 nəfər zəhərlənib.
Bu barədə regionun Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, 27 nəfər isə xəstəxanaya yerləşdirilib.
Nazirliyin Telegram kanalında dərc olunan açıqlamada deyilir ki, xəstəxanalara yerləşdirilən şəxslərin vəziyyəti orta ağır və ağır qiymətləndirilir.
Qeyd olunub ki, zərərçəkənlərə zəruri tibbi yardım göstərilir. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31