Türkiyə ərazisinə Rusiya mənşəli PUA düşüb

Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-nın Rusiya mənşəli kəşfiyyat və müşahidə PUA-sı olduğunu təsdiqləyib.

Olaylar.az xəbər verir ki, Nazirlik açıqlamasında araşdırmaların davam etdiyini bildirib:

"Bu gün Kocaeli vilayətinin İzmit rayonunun Çubuklubala məhəlləsi sərhədləri daxilində, ilkin müəyyənləşdirmələrə əsasən Rusiya mənşəli, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə olunan Orlan-10 tipli Pilotsuz Uçuş Aparatı (PUA) aşkar edilib. Məsələ ilə bağlı araşdırma davam etdirilir", - açıqlamada deyə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31