Zaxarova: Kiyevə verilən yeni kreditin yükü Avropa vətəndaşlarının üzərinə düşəcək - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Aİ büdcəsindən Kiyevə yeni kredit ayırmaq qərarı xərcləri faktiki olaraq adi Avropa vətəndaşlarının üzərinə qoyur və onlar yenidən liderlərinin siyasi ambisiyalarının yükünü daşımalı olacaqlar.

Olaylar xəbər verir ki, Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin veb saytına  verdiyi şərhdə bildirib ki, "Avropa bürokratları bir daha öz vergi ödəyicilərinin ciblərinə əl atırlar və onlar Aİ üzv dövlətlərinin ayrı-ayrı siyasi ambisiyalarının yükünü daşımağa davam etməli olacaqlar..."

O, həmçinin qeyd edib ki, Avropa Birliyinin Kiyev rejiminə kredit vermək qərarı bir daha təsdiqləyir ki, Avropanın Ukraynada sülhə ehtiyacı yoxdur.

Dekabrın 19-da Avropa Şurasının prezidenti António Costa  Aİ üzv dövlətlərinin 2026-2027-ci illər ərzində Ukraynaya dəstək üçün 90 milyard avro ayırmaq barədə razılığa gəldiyini təsdiqlədi.

Almaniya kansleri Fridrix Merts Kiyevin 90 milyard avronu faizsiz alacağını açıqladı  və onun geri qaytarılmasının Rusiyadan asılı olduğunu qeyd etdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31