2026-cı il ən isti illərdən biri ola bilər – Alimlərdən xəbərdarlıq

2026-cı il orta qlobal temperaturun 1,4 °C həddini aşdığı ardıcıl dördüncü il ola bilər.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Meteorologiya İdarəsi (Met Office-ing) məlumat yayıb.

Alimlərin proqnozlarına görə, istiliyi atmosferdə saxlayan istixana qazlarının planetin isinməsini davam etdirməsi fonunda 2026-cı il hava ilə bağlı müşahidələrin aparılmağa başladığı andan bəri ən isti illərdən biri olacaq.

2025-ci ilin yanvar-noyabr ayları üzrə qlobal orta temperatur sənayeöncəsi səviyyədən 1,48°C yüksək olub.

Hələlik 2024-cü il müşahidələr aparılmağa başlanandan bəri ən isti il olaraq qalır və 1850-1900-cü illər bazis dövrü ilə müqayisədə temperaturun ilk dəfə 1,5°C həddini aşdığı il kimi tarixə düşüb.

Tədqiqatçılar temperaturun sənayeöncəsi dövrün orta göstəricisi ilə müqayisədə 1,34°C-1,58°C aralığında olacağını proqnozlaşdırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31