İsraildə casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb
16:47 Dünyaİsraildə casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi və Ümumi Təhlükəsizlik Xidməti məlumat yayıb.
Həmin şəxsin İranın xeyrinə casusluq etdiyi iddia olunur.
"2025-ci ilin dekabr ayının əvvəlində İsraildə çalışan, 30 yaşlı Rusiya vətəndaşı Vitali Zvyaqintsev İran kəşfiyyat xidmətlərinin göstərişi ilə İsrailin təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə şübhəli bilinərək həbs edilib", - deyə bəyanatda qeyd olunur.
Saxlanılma və ittihamın təfərrüatları barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31