Putin yadplanetlilərlə bağlı sualı cavablandırıb

Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında ona maraqlı bir müraciət olunub. Rusiya liderindən xahiş olunub ki, əgər yadplanetli həyatın mövcudluğundan xəbəri varsa, lakin bu məlumat məxfi olduğu üçün açıq şəkildə danışa bilmirsə, bunu göz vurmaqla bildirsin.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Sonra sizə göz vuraram", - deyə Putin gülümsəyərək cavab verib.

Canlı mətbuat konfransında zamanı Rusiya lideri həmçinin zarafatla sirli ulduzlararası 3I/ATLAS obyektindən söz açaraq onu "məxfi silah" adlandırıb. Putin bildirib ki, 3I/ATLAS kometası Yer üçün təhlükə yaratmır, çünki planetimizdən yüz milyonlarla kilometr uzaqlıqda yerləşir. O əlavə edib ki, zərurət yaranarsa, onu "Yupiterə göndərmək" də mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31