Rusiya kütləvi raket hücumuna BAŞLADI - Yermakdan TƏCİLİ AÇIQLAMA

Rusiyanın cənub istiqamətindən "Kalibr" tipli raketlər buraxılıb. 

Olaylar.az xəbər verir ki, Ukraynanın monitorinq kanallarının məlumatına görə, onlarla qanadlı raket artıq ölkənin hava məkanına daxil olub.

Raketlərin dəqiq sayı barədə ziddiyyətli məlumatlar var. Ukrayna ordusu hələlik rəsmi açıqlama verməyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin "Telegram" kanalında bildirilib ki, Çerniqov vilayəti üzərində də yeni raketlər müşahidə olunub.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə paylaşımında Rusiyanı terrorçu dövlət adlandırıb:

"Rusiya çoxlu raket buraxıb, pilotsuz uçuş aparatları ilə hücumlar davam edir. Bu, təkcə xalqımız üçün təhlükə deyil. Terror ölkəsi daim sülhdən danışsa da, müharibəni davam etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31