Türkiyə bu layihədən 50 milyard qazandıracaq
9 Sentyabr 21:38 DünyaAkkuyu AES-in istifadəyə verilməsi Türkiyənin ümumi daxili məhsuluna (ÜDM) 50 milyard dollarlıq qatqı verəcək.
Milli.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısının sözlərinə görə, AES işə başlayanda 35 milyon ton karbon emissiyasının qarşısını alacaq ki, bu da milyardlarla dollara qənaət etməyə imkan verəcək.
"Atom elektrik stansiyasının tikintisinə qarşı çıxmaq, əgər bu, cahilliyin nəticəsi deyilsə, yalnız bəd niyyətlə izah edilə bilər. Belə məhdud düşüncənin nə ölkəyə, nə də xalqa heç bir faydası olmayacaq", - Ərdoğan vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31