Ermənistanda Minski qrupunu bərpası ilə bağlı çağırışlar edilir
18:33 DünyaErməni hüquqşünas Goar Meloyan bəyan edib ki, Nikol Paşinyan Azərbaycan təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun buraxılması prosesinə qoşulmaqla hökumətin təsdiqlənmiş proqramını pozub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Ermənistan Respublikasının 2021-2026-cı illər üçün hökumət proqramında ATƏT-in Minsk qrupu ilə əməkdaşlıq ideyası qırmızı xətlə keçir və onun fəaliyyətinin vacibliyi vurğulanır.
Lakin Paşinyan öz proqramını pozaraq Azərbaycan təşəbbüsü ilə Minsk qrupunun ləğv olunması prosesinə faktiki qoşuldu. Bu isə 'Vətəndaş sazişi"nin əsas vədlərindən biri, hökumət proqramında təsbit olunmuş öhdəlik idi və indi pozulub. Hakim qüvvə verdiyi seçkiqabağı vədlərdən imtina edir.
Halbuki hökumət proqramı sadəcə formal bir sənəd deyil, fundamental sənəddir. Təsadüfi deyil ki, Ermənistan Konstitusiyası nəzərdə tutur: "Əgər parlament hökumət proqramını rədd edərsə, parlament buraxıla bilər", - deyə Meloyan sosial şəbəkə hesabında yazıb.