Mamicanyandan çevriliş çağırışı: Paşinyanı devirmək lazımdır

"Mən bir neçə ay əvvəl demişdim ki, Paşinyan bu imzalanmış kağızı götürəcək - ki, bu kağız ondan başqa heç kimə lazım deyil - digər əlinə isə çəkici alıb Ermənistan bölgələrinə yollanacaq".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri 9 sentyabrda parlamentdə jurnalistlərlə söhbətində Respublika Partiyasının üzvü, müxalifətçi deputat Ayk Mamicanyan deyib.

Mamicanyan höumət başçısı Nikol Paşinyanın sosial şəbəkələrdə paylaşdığı üzərində "polad mandat" yazılmış çəkic şəklini özünəməxsus şəkildə şərh edib.

"O nə desə olar. Mən bir neçə ay əvvəl söyləmişdim ki, Paşinyan imzalanmış kağızını, çəkicini götürüb kəndlərə gedəcək, erməniləri aldatmaq üçün. Yeddi il ərzində mən Paşinyanın addımlarını başa düşüb qabaqcadan deyə bilirəm. Bütün bunlara son qoymaq lazımdır. Paşinyanı sevməyən, amma bizim siyasi qüvvəyə də rəğbət bəsləməyən vətəndaşlarımızdan isə sadəcə xahiş edirəm: ya mövcud siyasi qüvvələrdən birini seçsinlər, ya da öz təşəbbüsləri ilə etiraz etsinlər", - deyə o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31