Ermənistanda qadın deputatlar hakim partiya fraksiyasının katibindən üzr istəməsini tələb etdilər

Ermənistan parlamentində müxalifətçi qadın deputatlar bəyanatla çıxış ediblər: "Biz Ermənistanın hakim Vətəndaş sazişi partiyasının fraksiyası katibi Artur Ovanisyanın 8 sentyabrda müxalifət deputatı Taquhi Tovmasyana ünvanladığı açıqlamaları qəbuledilməz hesab edir və qəti şəkildə pisləyirik".

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Onların yazdıqlarına görə, hər şey Ovanisyanın Tovmasyanın brifinqinə mane olmağa çalışması ilə başlayıb. Tovmasyan bildirmişdi ki, Paşinyan Bakıda saxlanılan erməni əsirlərin geri qaytarılması üçün kifayət qədər səy göstərmir. Ovanisyan isə ona sərt şəkildə təpki göstərib.

Bəyanata imza atanlar arasında Aqnesa Xamoyan, Anna Qriqoryan, Anna Mkrtçyan, Aspram Krpeyan, Areqnaz Manukyan, Armine Heranyan kimi deputatlar var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31