Makrona qarşı inanılmaz təxribat
17:01 DünyaParisdə bir sıra məscidlərin yaxınlığında üzərində Fransa Prezidenti Emmanuel Makronun soyadı yazılan donuz başları tapılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "L' Humanite" nəşri məlumat yayıb.
"20-ci və 15-ci rayonlardakı Mareuil küçəsindəki məscidin qarşısında, həmçinin 18-ci dairədə tapılan çamadanda heyvan cəsədləri aşkarlanıb. Tapılan donuz başlarından birinin üzərində mavi rəngdə "Makron" yazısı olub", - deyə bildirilib.
Qeyd edək ki, bir müddətdir Fransada E.Makronun fəaliyyətindən narazılıq olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31