Lavrov Leyenin təyyarəsinə hücumla bağlı iddiaları “axmaqlıq” adlandırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin təyyarəsinə hücum edilməsi ilə bağlı yayılan xəbərləri "axmaqlıq" adlandırıb.

Olaylar.az xəbər verir ki, nazir qeyd edib ki, bəzi media orqanları Rusiyanın guya fon der Leyenin təyyarəsini hədəfə aldığı barədə məlumatlar yayıb.

"Bu yaxınlarda elə təsvir edirdilər ki, guya biz müxtəlif ölkələrə təyyarə və ya helikopterlə uçan Ursula fon der Leyeni az qala 'öldürmüşük'. Sonra da elan etdilər ki, Rusiya GPS-i söndürüb, təyyarə qəzaya uğraya bilər. Avropa İttifaqının nümayəndələri isə bu axmaqlığı inkar etdilər", -deyə Lavrov bildirib.

Xatırladaq ki, sentyabrın əvvəlində Bloomberg Ursula fon der Leyenin təyyarəsinin GPS siqnalının pozulması səbəbindən Bolqarıstanın Plovdiv hava limanına eniş etdiyini yazmışdı. Lakin sonradan Flightradar24 bu məlumatı təkzib edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31