"Almaniya “Şimal axını” məsələsində Rusiyanın iştirakına imkan verməyəcək" - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Almaniya Rusiyanın "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin partlaması ilə bağlı təhqiqata qoşulmasına icazə verməyəcək, hətta hadisəni terror aktı kimi tanısa belə.

Olaylar.az xəbər verir ki, Lavrov Serb Respublikasının prezidenti Milorad Dodiklə birgə mətbuat konfransında vurğulayıb ki, qaz kəmərlərinin partlamasından üç il keçir və Almaniya bu hadisəni terror aktı adlandırsa da, Rusiyanı istintaqa cəlb etməyə cəhd etməyəcək.

"Heç kim bizim sorğularımıza cavab olaraq Rusiya tərəfini istintaqa cəlb etməyə belə cəhd etməyəcək, çünki bu qaz kəmərlərinin sahibi Rusiya olub", - deyə Lavrov qeyd edib.

Alman tərəfi isə sentyabrın 5-də "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin partladılmasını terror aktı adlandırıb. Almaniyanın xarici işlər naziri Johann Wadephul bildirib ki, hadisənin səbəbkarları müəyyənləşdirilməli və məsuliyyətə cəlb olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31