Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: Magistral qaz kəmərləri sıradan çıxdı
14:26 DünyaSentyabrın 8-nə keçən gecə Rusiyanın Penza vilayətində silsilə partlayışlar baş verib, nəticədə magistral neft və qaz kəmərlərinə ziyan dəyib.
Olaylar.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna kəşfiyyatındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, gündə 2 milyon barelə qədər daşıma gücünə malik olan iki əsas boru da daxil olmaqla, ən azı dörd magistral kəmər sıradan çıxıb. Borular Rusiya hərbi obyektlərinin fəaliyyətini təmin edirdi.
Yerli hakimiyyət orqanları hadisəni "planlı təlimlər" adlandıraraq sakinləri sosial şəbəkələrdə yayılan məlumatlara cavab verməməyə çağırıb. Lakin mənbələr bunun əslində təxribat olduğunu iddia edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31