Polşa Prezidenti Ukraynaya hərbi qüvvə göndərməyin mənasız olduğunu bildirdi - ÖZƏL
14:10 DünyaOlaylar.az xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski Helsinkidə Finlandiya Prezidenti Aleksander Stubb ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Ukraynaya Polşa hərbi qüvvələrinin göndərilməsinə ehtiyac olmadığını söyləyib. "Polşa Ordusunun Ukraynada olması mənim baxışımca istisnadır, buna ehtiyac yoxdur. Mən Polşa hərbi qüvvələrinin Ukraynaya göndərilməsinə razılıq verməyəcəyəm", - deyə Navrotski TVP Info kanalının canlı yayımında keçirilən mətbuat konfransında bildirib. Prezident həmçinin vurğulayıb ki, hələlik Ukraynaya hərbi qüvvə göndərmək barədə müttəfiqlərdən konkret bəyanatlar gəlməyib.
Navrotski hesab edir ki, əgər belə bir addım atılacaqsa, Ukraynaya hərbi qüvvələr ilk növbədə NATO üzvü digər ölkələrdən göndərilməlidir, şərqi qanad ölkələrindən deyil. Eyni zamanda o, Polşanın Kiyevə dəstəyini "növbəti aylar və illər ərzində, uzunmüddətli sülh bərqərar olana qədər" davam etdirəcəyini təmin edib.