İran səfiri: “Heç bir dəhliz olmayacaq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani 9 sentyabrda parlamentdə jurnalistlərə açıqlamasında bildirib ki, "heç bir dəhliz olmayacaq və heç nə məcburi şəkildə həyata keçirilməyəcək".

Diplomat qeyd edib ki, söhbət dəhlizdən deyil, sadəcə yoldan gedir: "Nə Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişində, nə də ABŞ-nin iştirakı ilə qəbul edilən bəyannamədə 'dəhliz' anlayışı yer almır".

Sobhani həmçinin Ermənistan Milli Məclisinə səfər etdiyini və burada parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə İran XİN rəhbərinin müavini də aktiv fəaliyyət göstərir.

Diplomat əlavə edib ki, tərəflər gələcəkdə birgə konsulluq komissiyası yaratmağı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31