Si Cinpin: Çin və Avropa İttifaqı qarşılıqlı etimadı gücləndirməlidir - ÖZƏL
12:59 DünyaÇin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, Çin və Avropa İttifaqı (Aİ) mürəkkəb beynəlxalq şəraitdə əlaqələri möhkəmləndirməli, qarşılıqlı etimadı artırmalı və əməkdaşlığı daha da dərinləşdirməlidirlər.
Olaylar.az xəbər verir ki, bu fikirləri o, Çin Xalq Respublikasına rəsmi səfərlə gələn Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə görüşündə səsləndirib. "Beynəlxalq vəziyyət nə qədər qarışıq və çətin olsa, bir o qədər də Çin və Aİ əlaqələri və qarşılıqlı etimadı gücləndirməli, əməkdaşlığı genişləndirməlidirlər. Ümid edirik ki, Portuqaliya Çin-Aİ tərəfdaşlığının möhkəmlənməsi mövqeyində dayanacaq, münasibətlərin davamlı, sabit və sağlam inkişafına töhfə verəcək" - deyə Si Cinpin vurğulayıb. Onun sözlərinə görə, dünya yenidən dəyişikliklər və sarsıntılar dövrünə qədəm qoyur. Çin isə Portuqaliya ilə çoxşaxəli əməkdaşlığa hazırdır: "Biz birlikdə həqiqi çoxtərəfliliyi təşviq etməyə, BMT-nin nüfuzunu və azad ticarət sistemini qorumağa, daha ədalətli və məntiqli qlobal idarəetmə sisteminin qurulmasına çalışacağıq".
Qeyd edək ki, Portuqaliyanın Baş naziri Luis Monteneqro sentyabrın 8-dən 10-dək Çində səfərdədir.