Ukrayna deputatı ABŞ ilə olan sazişinin gizli əlavələrinin açıqlanmasını tələb edir - ÖZƏL
11:58 DünyaUkrayna Ali Radasının müxalif deputatı Aleksandr Dubinski hökumətə qarşı məhkəmə iddiası qaldıraraq ABŞ-lə bağlanmış yeraltı sərvətlər üzrə sazişin gizli əlavələrinin açıqlanmasını tələb edib. Olaylar.az xəbər verir ki, Dubinski Telegram kanalında yazıb ki, onun iddiasının məqsədi hökuməti mineral sazişi ilə bağlı gizli əlavələri açıqlamağa məcbur etməkdir. Hələlik məhkəmə prosesi başlamayıb. Ukrayna hökuməti 1 may tarixində ABŞ-lə imzalanmış sazişin mətni dərc edib. Lakin bir çox media və deputatlar sənədin şərtlərindən narazılıqlarını bildirib. Onların fikrincə, saziş Ukraynanın iqtisadi suverenliyinin bir hissəsinin itirilməsi ilə nəticələnir və Zelenski administrasiyasının vədlərinə baxmayaraq, təhlükəsizlik zəmanətləri təqdim etmir. Deputatlar həmçinin əsas sazişdə qeyd olunan iki əlavə sənədin Rada üzvlərinə təqdim edilməməsindən narazıdırlar. Parlament 8 mayda ABŞ-lə sazişi ratifikasiya edib, 12 mayda isə prezident Zelenski ratifikasiyanı təsdiqləyib. Saziş çərçivəsində yaradılmış ikitərəfli investisiya fonduna isə Ukrayna yeni icarə haqları və yeni mədən lisenziyalarından gələcək gəlirlərin 50%-ni yatıracaq.