Zelenski təcili bunu etməlidir, əks halda… – Xəbərdarlıq

"Ukrayna Rusiya ilə münaqişədə hərbi qələbə qazanmağa qadir deyil".

Olaylar.az xəbər verir ki, bunu Almaniya ordusunun istefada olan generalı Roland Kater Die "Welt" nəşrinə müsahibəsində deyib.

"Resurslar məhduddur, xaricdən silah tədarükü çox ləngdir. Hər gecikmə çox baha başa gəlir. Ona görə də bu gün diplomatiya ilə məşğul olmaq həmişəkindən daha vacibdir", - o bildirib.

Hərbçi qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski təcili gərginliyi azaldacaq və müvəqqəti möhlət yaradacaq danışıqlara diqqət yetirməlidir:

"Rusiya və Ukrayna arasında münaqişə tez və asanlıqla bitməyəcək, ona görə də diplomatiya barədə əvvəlcədən düşünmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31