Rusiyada müzakirə başladı: ABŞ-a elə şey təklif edilir ki…

"ABŞ və Rusiya arasında nadir torpaq metalları sahəsində əməkdaşlıq mümkündür".

Olaylar.az xəbər verir ki, bunu Nadir Torpaq Metalları İstehsalçıları və İstehlakçıları Assosiasiyasının sədri Ruslan Dimuhammedov Şərq İqtisadi Forumu çərçivəsində deyib.

Rusiyada təyyarə qəzası: ölən var

"Sanksiyaların ləğvi müqabilində biz onları nadir torpaq metallarımız və digər növ ehtiyatlarımızla təmin edə bilərik", - o bildirib.

R.Dimuhammedov Moskvanın qarşılıqlı faydalı şərtlərlə danışıqlara və ticarətə hazır olduğunu vurğulayıb.

Qedy edək ki, Rusiya Prezidenti Vladimir Putin fevral ayında ABŞ-a nadir torpaq metalları sahəsində birgə iş təklif etməyə hazır olduğunu açıqlamışdı.

Mart ayında Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev təsdiqlədi ki, Moskva və Vaşinqton müvafiq layihələrin hazırlanması ilə bağlı müzakirələr aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31