Macarıstan qaz tədarükü üçün ən uzunmüddətli müqaviləni imzalayacaq - ÖZƏL

Macarıstan yaxın zamanda "qərb istiqamətindən" qaz tədarükü üzrə ən uzunmüddətli müqaviləni imzalayacaq. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyyarto məlumat verib. Siyyarto Facebook səhifəsində yazıb: "Bu gün növbəti uzunmüddətli təbii qaz tədarükü müqaviləsini imzalayırıq. Bu, qərb istiqamətindən qaz tədarükü üzrə bizim ən uzunmüddətli müqaviləmiz olacaq." Bu addım Macarıstanın enerji təhlükəsizliyini təmin etmək və qaz tədarükünü uzunmüddətli perspektivdə sabitləşdirmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31