Avropalıların əksəriyyəti Fon der Leyenin istefasını istəyir - ÖZƏL
10:51 DünyaAvropalıların 60%-i Avropa Komissiyasının sədri Ursula Fon der Leyenin istefasını tələb edir. Olaylar.az xəbər verir ki, bu, Fransada nəşr olunan Le Grand Continent jurnalında yayımlanan və Cluster17 şirkəti tərəfindən Fransa, Almaniya, İtaliya, İspaniya və Polşada aparılan sorğunun nəticələrində əksini tapıb.
Sorğuda iştirak edənlərin yalnız 26%-i Fon der Leyenin istefasına qarşı çıxdığını bildirib. Ümumilikdə isə, rəy sorğusuna qatılanların 72%-i onun fəaliyyətinə etimadsızlıq ifadə edib. Fransada bu göstərici 87%-ə çatır. Avropanın iqtisadi maraqlarının qorunmasına dair sual verildikdə, iştirakçıların əksəriyyəti etimadsız olduqlarını bildirib. Polşada bu göstərici daha aşağı olub - 51%. Sorğu həmçinin Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinə dərin narazılığı üzə çıxarıb. Respondentlərin təxminən 52%-i bu razılaşmadan xəbərdar olduqda "özlərini təhqir olunmuş" hiss etdiklərini bildiriblər, 75%-i isə Fon der Leyenin Avropa maraqlarını qoruya bilmədiyini düşünür. Sorğu 30 avqust - 4 sentyabr tarixləri arasında aparılıb və 5,3 min nəfər iştirak edib: Fransa - 1 198, İtaliya - 1 031, İspaniya - 1 050, Almaniya - 1 013 və Polşa - 1 010 nəfər.