Fransa və Almaniya LUKOİL-a qarşı sanksiya təklif etdi

Olaylar.az xəbər verir ki, Fransa və Almaniya Rusiya neft şirkəti LUKOİL və onun törəmə müəssisəsi Litasco-ya qarşı sanksiyaların tətbiqini təklif ediblər. Bu addım Avropa İttifaqının (Aİ) yeni - 19-cu sanksiyalar paketinə daxil edilə bilər. 

Məlumatı Agence France-Presse (AFP) diplomatik mənbələrə istinadla yayıb.

Mənbələrin bildirdiyinə görə, hədəfə əsasən Rusiya neftinin Aİ-yə ixracında iştirak edən üçüncü ölkələrdəki neft emalı zavodları, eləcə də Rusiya xammalı ilə işləyən ticarət şirkətləri düşə bilər.

Bundan əlavə, Fransa və Almaniya Mərkəzi Asiyadakı çoxsaylı banklara və kriptovalyuta birjalarına qarşı da sanksiyaların sərtləşdirilməsini təklif ediblər.

Aİ rəsmiləri isə qeyd ediblər ki, yeni sanksiya paketinin müzakirəsi hələ ilkin mərhələdədir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31