Almaniya Ukraynaya drondan müdafiə sistemləri verəcək
9 Sentyabr 10:14 DünyaAlmaniyanın Rheinmetall konserni bu il Kiyevi Skyranger PUA ilə mübarizə mobil sistemlərilə təchiz etməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu məlumatla konsernin baş direktoru Armin Papperger ZDF-yə müsahibəsində çıxış edib: "Bu həftə biz Londonda Ukrayna ilə yeni Skyranger mobil sistemlərinin çatdırılması üçün müqavilə imzalayacağıq".
Rheinmetall rəhbəri qeyd edib ki, bu sistemlərin hər biri 4-4 km-lik zonanın "dronlardan azad olmasını" təmin edəcək: "Bundesverin də maraqlandığı sistemlər hazırkı vəziyyətdə Ukraynaya böyük kömək ola bilər".
O qeyd edib ki, ilk sistemlərin bu il Ukraynaya çatdırılması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31