BRICS liderləri daha ədalətli dünya nizamı üçün razılığa gəliblər - ÖZƏL
8 Sentyabr 19:10 DünyaBRICS ölkələrinin liderləri onlayn sammit zamanı daha ədalətli dünya nizamına keçidin zəruriliyi barədə razılığa gəliblər.
Olaylar xəbər verir ki,bu barədə Braziliya hökumətinin rəsmi saytında məlumat verilib.
Sammit çərçivəsində liderlər mövcud qlobal vəziyyətin ətraflı qiymətləndirməsini aparıblar.
"Daha ədalətli, balanslı və inklüziv beynəlxalq nizamın zəruriliyi ilə bağlı konsensus əldə edilib. Bu nizam cari dəyişiklikləri əks etdirməli və Qlobal Cənubun tələblərinə daha səmərəli cavab verə bilməlidir," - məlumatda vurğulanıb.
Əvvəlcə Braziliya Prezidenti Luis İnasio Lula da Silva-nın təşəbbüsü ilə BRICS-in fövqəladə onlayn sammiti başlamışdı.
Perunun Kommunist Partiyası "Qırmızı Vətən"in beynəlxalq əlaqələr katibi Arturo Ayala bildirib ki, BRICS sammitinin keçirilməsi çoxqütblülük meylini təsdiqləyir.
İbrahim Məmmədli