Zaxarova: Rusiya Ukraynanın Silahlı Qüvvələrinin Donetskdəki parka hücumuna cavab vermək hüququna malikdir - ÖZƏL

Rusiya Donetskdəki "Gulliver" parkına Ukrayna Silahlı Qüvvələrinin hücumuna cavab vermək hüququnu özündə saxlayır.

Olaylar Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki,Donetskdə baş verən hücum nəticəsində altı mülki şəxs xəsarət alıb.

Zaxarova bildirib:
"Rusiya Kiyev rejiminin törətdiyi terror hücumuna adekvat cavab vermək hüququnu özündə saxlayır. Eyni zamanda, sülh yolu ilə dialoq vasitəsilə konstruktiv həll axtarmağa olan prinsipial sadiqliyimiz dəyişməz qalır."

O, beynəlxalq ictimaiyyəti baş verənlərə adekvat qiymət verməyə çağırıb.

Rəsmi məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri məqsədli şəkildə Donetskdə uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasına hücum edib. İstintaq nəticələrinə əsasən, 7 sentyabr tarixində Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə edərək Donetskdə mülki obyektləri hədəf alıb. Hücuma məruz qalan "Gulliver" parkında həmin vaxt çoxlu insan, o cümlədən uşaqlı ailələr olub.

Hücum nəticəsində altı nəfər xəsarət alıb və faktla bağlı cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31