Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini hazırlayır - ÖZƏL

Finlandiya hökuməti Ukraynaya 30-cu hərbi yardım paketini hazırlayır. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo Helsinki şəhərində Avropa Şurası sədri Antonio Koşta ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib. "Biz artıq Ukraynaya 29 hərbi yardım paketi ayırmışıq və hazırda növbəti paketi hazırlayırıq", - deyə Orpo bildirib.
Finlandiya baş nazirinin bu açıqlaması hökumətin dövlət büdcəsini 1 milyard avro azaltmaq planlarını açıqladığı vaxtda səslənib. 2022-ci ildən bəri Finlandiya Ukraynaya silah və digər hərbi texnika üçün ümumilikdə 3,3 milyard avro dəyərində yardım göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31