Medvedev: “Finlandiya Rusiya ilə müharibəyə hazırlaşır”
8 Sentyabr 2025 15:42 DünyaRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sərt açıqlama ilə çıxış edib.
Olaylar.az xəbər verir ki, o, Finlandiyanın NATO-ya üzvlükdən sonra Rusiyaya qarşı konfrontasiya kursu götürdüyünü bildirib.
"Finlandiya NATO-ya daxil olduqdan sonra guya müdafiə tədbirləri adı altında Rusiya ilə müharibəyə hazırlaşır. Hətta bizə qarşı hücum üçün plasdarm yaradırlar", - deyə Medvedev vurğulayıb.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı artıq bu prosesə tam şəkildə cəlb olunub və Finlandiyanın beş əməliyyat mühitini - qurunu, dənizi, havanı, kosmosu və kiberməkanı - intensiv şəkildə mənimsəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31