Moldovada sərhədçi Ukraynaya qaçqınları qaytardığı üçün həbs edildi - ÖZƏL
8 Sentyabr 14:54 DünyaMoldova hüquq-mühafizə orqanları sərhəd polisinin bir sektor rəhbərini həbs edib. O, Ukraynaya qaçmaq istəyən şəxsləri oğurlamaq və qanunsuz olaraq geri qaytarmaqda şübhəli bilinir. Olaylar.az xəbər verir ki, u barədə Təşkilatlı Cinayətkarlıq və Xüsusi İşlər üzrə Prokurorluğun mətbuat xidməti məlumat yayıb. İstintaq materiallarına görə, araşdırmalar zamanı iki ukraynalının qaçırılması faktı təsdiqlənib. Onlar soyğunçuluğa məruz qalıb və Dnestr çayı vasitəsilə qanunsuz olaraq Ukraynaya qaytarılıb. Şübhəlini axtarış zamanı digər ukraynalıların əşyaları da tapılıb. Hazırda şübhəli 30 gün müddətinə həbs olunub, istintaq davam edir. Moldova sərhəd polisinin rəhbəri Ruslan Galuşka bildirib ki, yalnız keçən il ölkənin sərhədini qanunsuz olaraq təxminən 20 min ukraynalı keçib. Onun sözlərinə görə, sərhədi keçən şəxslər gizlənməyə çalışmır, çünki Moldovanın ərazisində sığınacaq üçün müraciət etmək hüquqları var və bu, onları həmin pozuntulardan məsuliyyətdən azad edir.