“Milli Hərəkat” 4 oktyabrda ümumxalq etirazına çağırış edib – ÖZƏL
8 Sentyabr 14:39 DünyaOlaylar.az xəbər verir ki, "Milli Hərəkat" partiyasının liderlərindən biri Levan Bejaşvili bəyan edib ki, 4 oktyabr Gürcüstanda ümumxalq etiraz günü olacaq. Onun sözlərinə görə, xalq ölkədə formalaşmış "diktator rejiminə" qarşı öz mövqeyini ortaya qoymalıdır.
Bejaşvilinin fikrincə, hazırda ölkədə nə parlament, nə ədalətli məhkəmə, nə də qanunların aliliyi mövcuddur. "Demokratik institutlar, ictimai təşkilatlar və siyasi partiyalar faktiki olaraq ləğv edilib. Belə şəraitdə vətəndaşların yeganə çıxış yolu küçələrə çıxaraq etirazlarını bildirməkdir", - deyə o vurğulayıb.
"Milli Hərəkat" bütün tərəfdarlarını və üzvlərini 4 oktyabrda keçiriləcək aksiyada iştirak etməyə çağırıb. Bejaşvili bildirib ki, bu gün yalnız partiyanın deyil, bütün Gürcüstan cəmiyyətinin etiraz günü olacaq: "4 oktyabrda diktator rejiminə son qoyulmalıdır. Gürcü xalqı Konstitusiyaya uyğun olaraq hakimiyyəti öz əlinə almalıdır".