İndoneziyada Semeru vulkanı bir gündə səkkiz dəfə püskürüb – ÖZƏL
13:57 Dünyaİndoneziyanın Şərqi Yava vilayətindəki Semeru vulkanı bir gün ərzində səkkiz dəfə püskürüb.
Olaylar.az xəbər verir ki, bu barədə Antara agentliyi müşahidə postuna istinadla məlumat yayıb.
Müşahidəçilərin bildirdiyinə görə, vulkandan püskürən kül 800 metr yüksəklikdə qalxaraq dəniz səviyyəsindən 4 476 metr hündürlüyə çatıb. Kül əsasən cənub və cənub-qərb istiqamətində sürətlə yayılır. İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi yerli sakinlərə təhlükəli isti daşların atılması riski səbəbindən kraterdən 3 km-dən yaxınlaşmamalarını tövsiyə edib.
Semeru Indoneziyada dördüncü ən yüksək vulkan (3 676 m) və Yava adasının ən yüksək nöqtəsidir. 18 min adadan ibarət olan bu böyük arxipelaq Sakit Okean "Alovlu Halqa"sında yerləşdiyindən yüksək seysmik aktivlik göstərir. İndoneziyada 500-dən çox vulkan var ki, onlardan təxminən 130-u aktivdir.