Lavrov: Qərb liderləri ümid edir ki, onlara Fələstini tanımaq lazım olmayacaq - ÖZƏL

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa rəhbərlərini Fələstini tanımaq məsələsində ikiüzlülükdə ittiham edib. Olaylar.az xəbər verir ki, pnun sözlərinə görə, bəzi Qərb siyasətçiləri ümid edir ki, "tanıyacaq bir Fələstin dövləti qalmayacaq". Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) tələbələr və müəllim heyəti qarşısında çıxış edən Lavrov bildirib:
"Hamımız təkrarlayırıq ki, uzunmüddətli həll yolu 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasıdır. Xəritəyə baxın, mövcud faktlar dövlətin yaradılmasını istisna edir". Nazirin sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və digər Avropa liderləri son aylarda zorakılıqların artması fonunda BMT Baş Assambleyasında Fələstini tanıyacaqlarını bəyan etmişdilər.
"Amma sualım var: əgər siz belə qərar vermisinizsə, niyə dərhal tanımırsınız? Mənim cavabım sadədir - onlar düşünürlər ki, həmin vaxta qədər tanıyacaq bir dövlət qalmayacaq. Bu isə açıq-aşkar ikiüzlülükdür", - Lavrov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31