Netanyahu nazirlərə sərt qadağa qoydu – Qəzza barədə danışmaq olmaz
8 Sentyabr 12:30 Dünyaİsrailin baş naziri Benyamin Netanyahu nazirlərinə xüsusi tapşırıq verib.
Olaylar.az xəbər verir ki, parlament müxbiri Mixail Şemeşin "KAN Reşet-bet" radiosuna açıqlamasına görə, Netanyahu hökumət iclasında nazirlərdən Qəzza ilə bağlı mövzularda susmağı tələb edib.
Baş nazir bildirib ki, bu məsələdə nazirlərin verdiyi açıqlamalar dövlət siyasətinə zərər vurur. O, sosial şəbəkələrdə də heç bir paylaşım edilməməsini tapşırıb.
Netanyahu hər hansı ictimai çıxış və ya bəyanatın yalnız Baş nazirlik Aparatının mətbuat xidməti ilə razılaşdırıldıqdan sonra yayımlanmasına icazə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31