Türkiyədə silahlı hücum: 2 ölü, 1 yaralı var

İzmirdə polis idarəsinə hücum edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, iki polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb.

Hücumun 16 yaşlı gənc tərəfindən törədildiyi vurğulanır.

İlkin məlumata görə, o, hücumu ov tüfəngi ilə həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31