Tramp: “Qəzza ilə bağlı yaxın günlərdə razılaşma ola bilər” – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Qəzza məsələsi ilə bağlı razılaşmanın əldə edilə biləcəyini bildirib. CNN-in məlumatına görə, jurnalistlərlə söhbətində Tramp HƏMAS-la bağlı vəziyyətin üzərində işlədiklərini vurğulayıb.

"Biz bu məsələnin həllinə çalışırıq. Çox güman ki, yaxşı nəticə əldə olunacaq. Yaxın zamanda daha ətraflı məlumat verəcəyik. Məqsədimiz girovları azad etməkdir", - deyə o qeyd edib.

Tramp həmçinin əmin olduğunu bildirib ki, Qəzzada saxlanılan israilli girovlar, eləcə də həyatını itirənlərin cəsədləri geri qaytarılacaq:
"Onların sayı, bəlkə də, 20-dən az olacaq. Çünki, bilirsiniz, insanlar - hətta gənclər də - vəfat edə bilir. Təxminən 20 nəfər sağ, 38 nəfərin isə cəsədi var", - deyə ABŞ prezidenti əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31